"Ayntraxt Frankfurt"un gənc yarımmüdafiəçisi Niko İliçeviç Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, "Liverpul" 15 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə qoşulub.
İstedadlı yarımmüdafiəçini İngiltərə təmsilçisi ilə yanaşı "Real Madrid", "Barselona" və "Mançester Siti" kimi nəhənglər də diqqətlə izləyir.
"Ayntraxt" rəhbərliyi isə İliçeviçi komandada saxlamaq niyyətindədir və o, 16 yaşına çatan kimi onunla peşəkar müqavilə imzalamağı planlaşdırır.