"Sabah"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Abdulla Xaybulayev karyerasını Polşa çempionatında davam etdirə bilər.
Fanat.Az Polşa mətbuatına istinadən xəbər verir ki, "Rakuv" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Məlumata görə, Polşa təmsilçisi mərkəz yarımmüdafiəçisini diqqətlə izləyir və transfer imkanlarını dəyərləndirir.
Həmçinin, "Transfermarkt" portalında dəyəri 450 min avro qiymətləndirilən futbolçunun bu transfer iddiasına "Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaç da öz sosial şəbəkə hesabında reaksiya verib.

Puxaç sözügedən paylaşımın altına "nie oddamy" ("Vermirik") şərhini yazaraq komanda yoldaşını heç yerə buraxmaq niyyətində olmadıqlarını bildirib.
Kamil Xudiyev