"Real Madrid"in hədəfində olan ulduz "Bayern"də qalır

"Real Madrid"in hədəfində olan ulduz "Bayern"də qalır
Almaniyanın "Bayern Münhen" klubu fransalı hücumameyilli yarımmüdafiəçisi Maykl Olise ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır. 
Fanat.Az "Sky Sport DE"yə istinadən xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı futbolçunun 2029-cu ilə qədər olan sözləşməsini daha da uzatmaq üçün artıq ilkin danışıqlara başlayıb. 
"Real Madrid" rəhbərliyi Olisenin İspaniyaya gəlməkdənsə, "Bayern" ilə yeni müqavilə bağlayacağını gözləyir. 
İspaniya nəhəngi gənc ulduzla maraqlansa da, hələlik onun transferi üçün hər hansı konkret rəsmi addım atmayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər