PSJ-nin (Paris Saint-Germain) qapıçısı Luka Şevalye (Lucas Chevalier) qışda Fransa nəhəngindən ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı GFFN yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı fransız futbolçu Paris klubundakı vəziyyətindən narazıdır. Çünki rusiyalı Matvey Safonovun kölgəsində qalan qapıçı oyun təcrübəsindən məhrumdur.
Şevalye bu mövsüm meydanda görünməyib. Ötən mövsümdə isə o, 26 oyuna çıxıb.
Şevalyenin PSJ ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Mirağa