Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, bu gün növbəti mərhələyə adlayacaq son komandanın adı bəlli olacaq.
İlk mərhələnin son matçında "Ağdaş" ilə "Hypers" üz-üzə gələcək. Saat 14:30-da başlayacaq qarşılaşma Ağdaş şəhər stadionunda təşkil olunacaq.
Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında "Marafon" "Dinamo"nu, "Kür-Araz" "Şirvan"ı, "Qaradağ Lökbatan" "Şəki"ni, "Zəngəzur" "Difai"ni, "Ağstafa Gəncləri" isə "Şəmkir"i mübarizədən kənarlaşdırıb.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
9 oktyabr
14:30. “Ağdaş” – “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu.
“Ağdaş”: 1. Pərvin Zeynalov, 7. Elçin Süleymanov (k), 17. Ramal Əhmədov, 10. Ümid Mahmudov, 24. Nail Təhməzli, 26. Taleh Yusifli, 27. Rəvan Əliyev, 33. Elmir Xəlilov, 18. Hikmət Nəsrəddinov, 6. Rüfət Bədəlzadə, 36. Nurlan Ağabəyov.
Ehtiyat oyunçular: 8. Səbuhi Kazımov, 13. İlqar Nuruşov, 15. Aqil Bağırzadə, 20. Hüseyn Hüseynov.
Baş məşqçi: Aqil Mirzəyev.
“Hypers”: 13. Elnar Şabanov, 22. Asim Babazadə, 18. Vüqar Əşrəfli, 10. Taleh Hüseynzadə (k), 17. Ceyhun Rəcəbli, 19. Mahmud Məmmədov, 7. Elariz Xəlilli, 11. Samir Ağayev, 16. Nazim Həsənzadə, 2. İmran Azaxov, 4. Saleh Süleymanov.
Ehtiyat oyunçular: 1. Teymur Hüseynov, 21. Davud Mahmudov, 20. Kərəm Əhmədli, 8. Seymur Fərəci, 14. Aqil Nəzərov.
Baş məşqçi: Eldəniz Orucov.