İngiltərənin “Everton” klubunun sahibi "The Friedkin Group" Liverpul təmsilçisinin satışını və ya kluba yeni investorların cəlb olunmasını nəzərdən keçirir.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Guardian” yayıb.
Klubun sahibi mümkün maliyyə əməliyyatları ilə bağlı müxtəlif variantları qiymətləndirir.
Qeyd edək ki, “The Friedkin Group” 2024-cü ilin dekabrında “Everton”un səhmlərinin böyük hissəsini əldə edib. Klub hazırda İngiltərə Premyer Liqasında mübarizə aparır.
Hələlik “Everton”un satılması ilə bağlı yekun qərar verilməyib. Söhbət mümkün satış variantlarının nəzərdən keçirilməsindən gedir.

Əlisahib İbrahimli