"Sumqayıt" camiəsi "Qəbələ" ilə matçdan öncə onun qayıdışına sevinir

"Sumqayıt" camiəsi "Qəbələ" ilə matçdan öncə onun qayıdışına sevinir
Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ"ni qəbul edəcək "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadə və Ceyms Almeydanın durumu məlumdur. Roi Kehart isə artıq sıraya dönüb. Onun adı matçın iştirak ərizəsinə salınacaq. Cəzalı oyunçu yoxdur".
"SOCAR Polymer Arena"da baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. Əvvəlki turlarda 2 xal qazanan meydan sahibləri turnir cədvəlinin 11-ci, 4 xala malik qonaqlar isə 9-cu pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər