"Müəyyən çətinliklərimiz olsa da, meydana 3 xal üçün çıxacağıq" - "Mingəçevir"in kapitanı

"Müəyyən çətinliklərimiz olsa da, meydana 3 xal üçün çıxacağıq" - "Mingəçevir"in kapitanı
"Mingəçevir" 1-ci Liqanın 4-cü turu çərçivəsində sabah MOİK-in qonağı olacaq.
"İşıqçılar"ın kapitanı Roman Hüseynov matçdan öncə fikirlərini Fanat.Az-a bölüşüb:
"Ümumi vəziyyət normaldır. Müəyyən çətinliklərimiz olsa da, meydana 3 xal üçün çıxacağıq. Uğur qazanmaq üçün komanda şəklində əlimizdən gələni edəcəyik. Məqsədimiz evə yaxşı nəticə ilə qayıtmaqdır".
Qeyd edək ki, Binə qəsəbə stadionunda keçiriləcək görüşün start fiti 15:30-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər