"Tottenhem"in 18 yaşlı ulduzu üçün nəhənglər növbəyə düzülüb

"Tottenhem"in 18 yaşlı ulduzu üçün nəhənglər növbəyə düzülüb

London "Tottenhem"inin 18 yaşlı hücumçusu Luka Uilyams-Barnett İngiltərə və Almaniya nəhənglərinin radarına düşüb.

Fanat.Az "The Sun Football"a istinadən xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" gənc istedadın durumunu yaxından izləyən başlıca klublardır.

Premyer Liqa təmsilçiləri ilə yanaşı Almaniyanın "Bavariya" və "Borussiya Dortmund" klubları da gələcəyin ulduzu hesab olunan futbolçu ilə maraqlanır.

İndiki müqaviləsi 2028-ci ilə qədər olan gənc hücumçunu əldən vermək istəməyən "Tottenhem" rəhbərliyi isə artıq onunla yeni sözləşmə imzalamaq üçün danışıqlara başlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər