"Real Madrid"in sabiq hücumçusu Xoselunun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, təcrübəli ispaniyalı forvard Qətər çempionatının digər təmsilçisinə keçib.
O, 2024-cü ildən bəri oynadığı "Əl-Qarafa"nı "Əl-Sayliya"ya dəyişib. Onun keçidini yeni klubunun rəsmi saytı elan edib.
36 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olacaq. O, azad agent olduğu üçün kluba pulsuz qoşulub.
Xoselu ötən mövsüm 23 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.
Dörd turdan sonra "Əl-Sayliya" xal qazana bilməyib və Qətər çempionatında sonuncu yerdədir.
Mirağa