Valdas Dambrauskas "Neftçi" ilə matçdan sonra nə danışdı?

Valdas Dambrauskas "Neftçi" ilə matçdan sonra nə danışdı?

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Sabah" (0:0) sonra mətbuat konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas gərgin keçən qarşılaşmanı belə şərh edib:

– Bu gün "Sabah" sizcə 2 xal itirdi, yoxsa 1 xal qazandı?

"Bəzən itirdiyimiz xalları geri qazana bilərik, bəzən də əksinə ola bilər. Qarşıda hələ 27 tur var. İki güclü komanda qarşılaşdı. Oyunda hər iki komandanın üstünlüyü göründü. Fasilədən sonra bəzi oyunçular oyun ritmini itirir. Bu, ola biləcək hallardır. Çərşənbə axşamı keçiriləcək çətin oyuna hazırlaşacağıq."

– Oyunu təxirə salmaq imkanınız var idi. Yorğunluq səbəbindən bunu istəmədiniz, bu nə ilə bağlı idi?

"Bizim kifayət qədər heyətimiz var. Mübarizə apara biləcək gücdəyik. Hər bir oyunda bir daha da inkişaf etməyə çalışmalıyıq."

– Belə çətin oyundan sonra Çempionlar Liqasının matçına komandanı hazırlamaq nə qədər çətin olacaq?

"Bu, mənim vəzifəmdir və mən öz vəzifəmi yerinə yetirməliyəm. Hər kəs bu cür çətinliklərlə qarşılaşır. Biz də əlimizdən gələni edəcəyik."

– Milli fasilədə yoxlama matçı keçirmədiniz və əsas futbolçuların bəzilərini ehtiyat oyunçular skamyasında başlatdınız. Bu barədə nə deyə bilərsiniz?

"Milli komandaya getməyən futbolçulara şans vermək istədim. Millidə olan oyunçular yorğun ola bilər, belə qərar vermək məntiqli idi."

– Ötən mövsüm də "Neftçi" – "Sabah" matçı 0:0 bitmişdi və siz avrokuboklarla erkən vidalaşmışdınız. İndi Çempionlar Liqasının əsas mərhələsindəsiniz və 3 cəbhədə mübarizə aparacaqsınız. Sizcə, işiniz indi daha da ağırlaşıb?

"Hal-hazırda nəyinsə çətin və ya asan olmasını deməyim tezdir. Mən şikayət edə bilmərəm."

– Heç-heçəyə görə matçın qəhrəmanını Stas Pokatilov saymaq olar?

"Buna siz özünüz qərar verirsiniz."

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər