Ulduz futbolçu yaşıl meydana qayıdır

Ulduz futbolçu yaşıl meydana qayıdır
Şotlandiyalı yarımmüdafiəçi Skott Maktominey ürək əməliyyatından sonra “Napoli”nin heyətində məşqlərə qayıdıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Reuters” yayıb.
29 yaşlı futbolçu sentyabr ayında ürək ritmindəki xoşxassəli pozuntunun aradan qaldırılması üçün Mançesterdə müəyyən prosedurlardan keçib. Əməliyyat uğurla başa çatdıqdan sonra Maktominey bir müddət fərdi məşqlər edib.
Son tibbi müayinələrdən sonra onun futbol oynamağa tam hazır olduğu müəyyənləşib. Bundan sonra Maktominey “Napoli”nin əsas komandası ilə məşqlərə başlayıb.
Şotlandiyalı futbolçu sonuncu dəfə avqustun 30-da “Komo” ilə qarşılaşmada meydana çıxıb. O, bundan sonra bir neçə oyunu, o cümlədən “İnter” və “Arsenal”la matçları buraxıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər