1-ci Liqa: Tura Yevlaxda yekun vurulur

1-ci Liqa: Tura Yevlaxda yekun vurulur
Azərbaycan 1-ci Liqasında 4-cü tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edən turun son qarşılaşması Yevlaxda baş tutacaq.
Bağlanış matçında iddialılardan olan "Gəncəbasar" autsayder "Baku Sportinq"i sınağa çəkəcək. İlk üç turda maksimum nəticə qazanan qərb təmsilçisi sürprizə imkan verməməklə turnir cədvəlində şərikli liderliyini davam etdirmək əzmindədir.
Turun əvvəlki oyunlarənda "Şahdağ Qusar" "Zaqatala"ya (6:0), MOİK "Mingəçevir"ə (3:0) qalib gəlib, “Səbail” – “Karvan-Yevlax” (1:1) və "Şimal" - "Xankəndi" (1:1) matçlarında qalib müəyyənləşməyib.
1-ci Liqa
4-cü tur
10 oktyabr
15:30. “Gəncəbasar” – “Baku Sportinq”
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər