Olmo transfer iddialarına cavab verdi

Olmo transfer iddialarına cavab verdi
“Barselona”nın futbolçusu Dani Olmo “Bayern Münhen”in marağına baxmayaraq, Almaniya klubuna keçməyi düşünmür.
Fanat.Az xəbər verir ki, informasiyanı “Mundo Deportivo” yayıb.
Məlumata görə, Münhen təmsilçisinin ispaniyalı yarımmüdafiəçiyə maraq göstərdiyi və mümkün transfer üçün hazırlıq apardığı bildirilir. “Bayern Münhen”in hələ “Barselona”ya rəsmi təklif göndərmədiyi qeyd olunur.
Olmo isə hazırda Kataloniya klubundan ayrılmaq niyyətində deyil. 28 yaşlı futbolçunun əsas diqqətini “Barselona” ilə qarşısına qoyduğu məqsədlərə yönəltdiyi və klubdakı vəziyyətindən razı olduğu bildirilir.
İspaniyalı futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər