1-ci Liqa: "Gəncəbasar" "Baku Sportinq"ə qalib gəldi

1-ci Liqa: "Gəncəbasar" "Baku Sportinq"ə qalib gəldi
Azərbaycan 1-ci Liqasında 4-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, dörd günü əhatə edən turun son qarşılaşması Yevlaxda baş tutub.
Bağlanış matçında iddialılardan olan "Gəncəbasar" autsayder "Baku Sportinq"i sınağa çəkib. İlk üç turda maksimum nəticə qazanan qərb təmsilçisi sürprizə imkan verməyərək görüşdən qalib ayrılıb (2:0). Beləliklə, Elhad Nəzirinin baş məşqçisi olduğu komanda şərikli liderliyini davam etdirib.
Turun əvvəlki oyunlarında "Şahdağ Qusar" "Zaqatala"ya (6:0), MOİK "Mingəçevir"ə (3:0) qalib gəlib, “Səbail” – “Karvan-Yevlax” (1:1) və "Şimal" - "Xankəndi" (1:1) matçlarında qalib müəyyənləşməyib.
1-ci Liqa
4-cü tur
10 oktyabr
15:30. “Gəncəbasar” – “Baku Sportinq” 2:0
Qollar: D.Açimi (Dawood Achimi), 49, 90+4.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər