Misli Premyer Liqasında 7-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha 2 matç baş tutacaq.
Əvvəlcə "Zirə" "Şamaxı"nı qonaq edəcək. Saat 17:00-da başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda evdə qalib gəlib liderlərlə xal fərqini əlçatana endirmək əzmindədirsə, "Şamaxı" da turnir cədvəlinin ilk "altılığ"ını tərk etməməyə çalışır.
Günə Sumqayıtda yekun vurulacaq. "Gənclik şəhəri"nin eyniadlı təmsilçisi "Qəbələ" ilə üz-üzə gələcək. Kamranbəy Rəhimovun idarə edəcəyi qarşılaşmanın start fiti 19:30-da səsləndiriləcək. Autsayderlər mövqeyində qərarlaşan komandalar biri digəri üzərində üstünlük əldə etməyə köklənib.
Turun açılış oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib, "Neftçi" - "Sabah" derbisində isə qalib müəyyənləşməyib (0:0).
Tura sabah “İmişli” – “Qarabağ” və “Şəfa” – “Turan Tovuz” matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
7-ci tur
10 oktyabr
17:00. “Zirə” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zirə. İdman Kompleksinin stadionu.
“Zirə”: 72. Hüseynəli Quliyev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov (Davit Volkovi) 21. Rikardo Martins (Ricardo Martins) 5. Ange Mutsinzi 3. Dimitri Leqbo (Dimitry Legbo) 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 57. Yusif Hacıyev 43. Əhliman Süleymanzadə 10. Giorgi Papunaşvili (Giorgi Papunashvili) 7. Eren Aydın (Eren Aydın, Eren Aydin) 23. Dameyn Smit (Damien Smith)
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rikardo Fernandes (k) 14. Uğur Cahangirov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 25. Filipe Markes (Filipe Marques) 13. Rikardo Apolinario (Ricardo Apolinário, Ricardo Apolinario) 11. Ayman Bouali (Aymen Bouali) 3. Jota 19. Abdullahi Şuaybu (Abdullahi Shuaibu) 4. Rui Paşeko (Rui Pacheco) 52. Abdul Raşid Mumini (Abdul Rashid Mumuni)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 10. Edqar Adilxanov 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani (Tornike Akhvlediani) 8. Teşaqer Dequ (Tesfager Debu)
Baş məşqçi: Azər Bağırov
19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Murad Səlimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Sumqayıt. “SOCAR Polymer Arena”.