Luka Modriç futbolçu karyerasını davam etdirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı “La Gazetta dello Sport” yayıb.
Məlumata görə, 41 yaşlı xorvatiyalı yarımmüdafiəçi bu mövsümün “Milan”dakı son mövsümü olmayacağını düşünür. Modriç karyerasını ən azı 2028-ci ilə qədər davam etdirmək niyyətindədir.
Bildirilir ki, Modriç 2028-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra uzun illər formasını geyindiyi “Real Madrid”in məşqçi heyətinə qoşula bilər.
Luka hazırda “Milan”ın əsas oyunçularından biri olaraq qalır və klub onun təcrübəsinə güvənməyə davam edir.
Əlisahib İbrahimli