Kunde “Barselona”dan ayrılır

Kunde “Barselona”dan ayrılır
“Barselona”nın müdafiəçisi Jül Kunde az oyun vaxtı aldığı üçün yanvar ayında komandanı tərk edə bilər. 
Fanat.Az xəbər verir ki, informasiyanı “BeSoccer” yayıb.
Məlumata görə, Fransa millisinin üzvü ilə İngiltərənin “Çelsi” və Almaniyanın “Bayern Münhen” klubları maraqlanır.
İngiltərə klubu müdafiə xəttini gücləndirmək istəyir və fransalı futbolçunu uyğun namizəd hesab edir. Bununla belə, yayılan məlumatlara əsasən, Kunde ilə müqavilə imzalamaqda daha israrlı tərəf “Bayern Münhen”dir.
Münhen təmsilçisi sağ cinah müdafiəçisi Saşa Boeyi komandadan göndərməyi düşünür. Kunde isə həm sağ cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqelərində oynamaq bacarığı ilə Almaniya klubunun ehtiyaclarını qarşılaya bilər.
Fransalı müdafiəçinin “Barselona”dakı cari mövsümü gözlənildiyi kimi keçmir. O, indiyədək beş oyunda cəmi 261 dəqiqə meydanda olub.
Futbolçu əvvəlki mövsümdə öz standartlarından aşağı çıxış etdiyini etiraf edib və az oyun vaxtı almasının səbəbini bununla əlaqələndirib.
Beləliklə, Kunde üçün yanvar transfer pəncərəsində “Çelsi” və “Bayern” variantları gündəmə gələ bilər. Lakin hazırda onun transferi ilə bağlı rəsmi razılaşma açıqlanmayıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər