"Van Persi mənim üçün "Arsenal"lı olaraq qalacaq"

"Van Persi mənim üçün "Arsenal"lı olaraq qalacaq"
"Arsenal"ın baş məşqçisi Arsen Venger Robin van Persini "Mançester Yunayted" formasında görməyə hələ də alışmadığını bildirib. Fanat.az xəbər verir ki, fransız mütəxəssis holland ulduzun üzərində böyük əməyinin olduğunu deyib.
"Onu çox kiçik yaşdı komandaya gətirdim və çox çətin dönəmlərimiz oldu. İndi dünya səviyyəli bir ulduzdu. Robin mənim üçün hər zaman "Arsenal"lı olaraq qalacaq. Onu "Mançester Yunayted" formasında görməyə öyrəşməmişəm", deyə Venger bildirib.
"Mançester Yunayted"in məşqçilər korpusunda yer alan Rene Meulensteenin van Persinin keçidində böyük rol oynadığını bildirən Venger "Transferdən öncə Robinlə dəfələrlə danışdım. Məni "Mançester Yunayted"ə keçidinə icazə verməyə razhı saldı" deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər