"Arsenal"ın baş məşqçisi Arsen Vengerin yeni hədəfi müəyyənləşib. Fanat.az xəbər verir ki, fransız mütəxəssis qış transfer pəncərəsində Dieqo Kostanın alınmasını istəyir.
Zədə səbəbindən Oliver Qiroud 6 həftə oynaya bilməyəcək. Bununla yanaşı, Niklas Bendtnerin də sıradan çıxması Vengeri çıxılmaz vəziyyətdə qoyub. O, vəziyyətdən çıxmaq üçün Kostanın transferini rəhbərlikdən tələb edib.
"Arsenal" futbolçunun müqaviləsindəki xüsusi bənddən yararlanmaq istəyir. Həmin bəndə əsasən 32 milyon funt-sterlinq ödəməklə Kostanı transfer etmək olar.
Qeyd edək ki, Kosta cari mövsümdə La Liqada 19 qol vurub və bombardirlik yarışında Kriştiano Ronaldonu geridə qoyub.
Fanat.az