"Real"da xoşbəxt olmadığı deyilən Kərim Benzema İngiltərədən təklif alıb. Fanat.az xəbər verir ki, fransız futbolçu "Arsenal"ın maraq dairəsinə düşüb.
London klubu yayda heyətinə qata bilmədiyi futbolçu üçün qışda yenidən danışıqlara başlayacaq. İngiltərə mətbuatının məlumatına görə, "Arsenal" yanvarda Benzema üçün "Real"a 26 milyon avro təklif edəcək.
Qeyd edək ki, 2009/10 mövsümüdən "Real" formasını geyinən Benzema 5 mövsümdə meydana çıxdığı 136 La Liqa matçda 61 qola imza atıb.
Fanat.az