Ukraynanın “Arsenal” klubu çempionatda çıxışını dayandırmaq məcburiyyətində qalıb. Fanat.az xəbər verir ki, buna səbəb klubun sponsor tapa bilməməsidi.
Kiyev təmsilçinin rəsmi saytında klubun baş direktoru Viktor Qolovkonun adından yayılan bəyanatla tanış olun : “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, sponsor tapılmadı. Çağırışlara baxmayaraq, “Arsenal”a belə vəziyyətdə heç kim kömək etmək istəmədi. “Arsenal” müflis olur və ölkə çempionatından çıxır. İnanın, bunu etmək çətindi. Son ana qədər mən və futbolçular kiminsə yardım əlini uzadacağına ümid edirdik. Ancaq təəssüf ki, klub heç kəsə lazım olmadı”.
Fanat.az