Zlatan İbrahimoviç yenidən "Mançester Yunayted"də

Zlatan İbrahimoviç yenidən "Mançester Yunayted"də

"Mançester Yunayted" bu həftə Zlatan İbrahimoviçlə müqavilə bağlaya bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Xəbərə görə, daha əvvəl "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo İbranın mövsümün ikinci yarısında komandaya qoşulacağını planlaşdırırdı. Lakin zədəsi sürətlə sağalan 35 yaşlı hücumçu daha tez formaya qayıda bilər.

Qeyd edək ki, İbrahimoviç "Mançester Yunayted"i bu yay təkr etmişdi. Klub rəhbərliyi onunla müqaviləni uzatmaq istəsə də, hücumçu zədəsinə görə bundan imtina etmişdi. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər