Avropa Avarçəkmə Federasiyasının prezidenti Bakıda

Avropa Avarçəkmə Federasiyasının prezidenti Bakıda
Avropa Avarçəkmə Federasiyasının prezidenti Asunsion Loriyente (Asunción Loriente, Asuncion Loriente) Bakıya səfər edib.
Fanat.Az xəbər verir ki, səfər çərçivəsində qonaq Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub.
Asunsion Loriyenteyə federasiyanın fəaliyyəti barədə məlumat verilib.
Son illərdə beynəlxalq yarışlarda əldə olunan uğurlar, Azərbaycanda keçirilmiş avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirləri diqqətə çatdırılıb.
Su idmanı ilə bağlı inkişaf etdirilən növlər də qeyd olunub.
Daha sonra Asunsion Loriyenteyə Azərbaycan Su İdmanı Federasiyası adından xatirə hədiyyəsi təqdim edilib.
Səfər zamanı Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib.
O, idmançıların açıq havada və trenajor alətlərində məşq prosesi ilə tanış olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər