“LANDAU Lions” Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni 102:68 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Sözügedən məkanda bu gün daha bir matç baş tutacaq. Saat 18:00-da “Neftçi” “Ordu”nu sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün turun ilk qarşılaşmasında “Sumqayıt” evdə “Naxçıvan”a 76:87 hesabı ilə uduzub.
Azərbaycan Basketbol Liqası
II tur
“LANDAU Lions” – NTD 102:68
“Sumqayıt” – “Naxçıvan” 76:87
“Neftçi” – “Ordu” (bu gün, 18:00)