Sulşer: "Kambək" komandasıyıq - "Mançester Yunayted"ik"

Sulşer: "Kambək" komandasıyıq - "Mançester Yunayted"ik"

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Mançester Yunayted” evdə (0:2) yenildiyi PSJ-ni Parisdə 3:1 hesabıyla üstələyərək 1/4 finala yüksəldi.

 

Fanat.Az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer zəfəri dəyərləndirib:

 

"Fantastika! Uşaqlar möhtəşəm idilər. Oyuna əla başlanğıc etdik. Erkən qol planlaşdırmışdıq, ancaq bunun 2-ci dəqiqədə gələcəyini gözləmirdik. Bununla oyunu açdıq və daha çox qol vurmağa çalışdıq. Reşfordla Lukaku əla çıxış etdilər. Bura Çempionlar Liqasıdı. Dünən "Real" - "Ayaks" oyununu birlikdə izləmişdik. Deyəsən, PSJ ilə matçda da eyni ssenari yaşandı. Əvvəlki mövsümlərdə "Yuventus"la "Real", həmçinin PSJ ilə "Barselona"nın oyunlarında geridönüş olmuşdu. Biz də "kambək” komandasıyıq - "Mançester Yunayted"ik".

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər