“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Şamaxı” ilə oyundan sonra matçın ağır keçdiyini bildirib.
Fanat.Az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
Rəşad Sadıqov oyunla bağlı fikirlərini bölüşüb: “Olduqca ağır oyun keçdi. Üç həftə idi matça hazırlaşırdıq. Hər zaman futbolçulara deyirdik ki, gərgin və yorucu oyun olacaq. Elə də oldu. Birinci hissə bizim üçün uğurlu keçdi. Yaxşı epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaqdan zərbə vurdu. Ona qol epizodu da demək olmur. Ondan sonra hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Təəssüf ki, ikinci qolu vura bilmədik. Bu periodda ağır çətinliklər içərisində xal qazanmaq asan deyildi. Şükürlər olsun ki, ən azı 1 xal qazandıq”.