Yeton Bekiri "Sumqayıt"a böyükhesablı məğlubiyyəti belə şərh etdi

Yeton Bekiri "Sumqayıt"a böyükhesablı məğlubiyyəti belə şərh etdi
"Qəbələ" Misli Premyer Liqasının VII turu çərçivəsində səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri (Jeton Beqiri) oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Erkən qollar buraxdıq. Nəticənin belə olması çox üzücüdür. Qapımızda erkən qollar gördükdən sonra komandanın toparlanması çətin oldu. Hesab 0:2 olduqdan sonra geridönüş edib qollardan birinin əvəzini çıxdıq. Lakin hesabı bərabərləşdirmək əvəzinə, 3-cü qolu da buraxdıq. Mən əvvəlki oyunlara da baxmışam, onda da çox asan qollar buraxırdıq. Amma bura gəlmişik ki, komandanı düzəldək və harda səhvlərimiz varsa, onları aradan qaldıraq".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər