Ser getdi, "Mançester Yunayted" bitdi

Ser getdi, "Mançester Yunayted" bitdi
Mövsüsmün əvvəlində Aleks Ferqyusonla yollarını ayıran "Mançester Yunayted" David Moyesin rəhbərliyi altında Premyer Liqada ən çətin dönəmlərindən birini yaşayır. Fanat.az xəbər verir ki, son turda "Old Trafford"da "Nyukasl"a yenilən "qırmızı şeytanlar" 1992/93-dən sonra çempionatda ən pis mövsümünü keçirir. 
Ötən mövsüm 15 turun 12-də qələbə qazanaraq 36 xal toplayan mançesterlilər cari mövsümün 15 oyununda cəmi 6 qələbəyə sevinib 22 xal qazana bilib. "Nyukasl" "qırmızı şeytanlar"a mövsümün 5-ci məğlubiyyətini yaşadıb. Bu mövsüm hələlik 22 qol vuran (orta hesabla 1,46) "Mançester Yunayted" ötən mövsümü 86 qolla qapatmışdı. 
Mançester təmsilçisi sonuncu dəfə Ferqyusonun rəhbərliyi altında 1992/93 mövsümündə 15 turu 22 xalla başa vurmuşdu. 
David Moyesin rəhbərlik komanda 15-ci həftəni lider "Arsenal"dan 13 xal geridə başa vurub. Premyer Liqada bundan əvvəl 15 turdan sonra heç vaxt lederdən bu qədər geri qalmayan "Mançester Yunayted" 1992/93 mövsümündə 9 xallıq fərqi əridərək çempion olmuşdu. Həmin uğur Ferqyusonun "qırmızı şeytanlar"la birlikdə ilk çempionluğu kimi tarixə düşüb. Ser titullu mütəxəssis "Mançester Yunayted" karyerası ərzində 13 dəfə çempion, 5 dəfə ikinci, 3 dəfə üçüncü olub. Şotland baş məşqçi çempionat Premyer Liqa adı ilə keçirilməyə başlayandan sonra mövsümü üçüncü pillədən aşağıda başa vurmayıb. O, yalnız işə başladığı mövsümdə - 1986/87-də 11-ci olmuşdu. 
Ferqyusonun rəhbərliyi dövründə Avropada da hər kəsin qorxduğu bir komandaya çevirilən "qırmızı şeytanlar" 2 dəfə Çempionlar Liqasına, 1 dəfə Avropa Super Kubokuna və 1 dəfə Kuboklar Kubokuna sahib çıxıb.
Cari mövsümdə Premyer Liqada uğursuz çıxış edən "Mançester Yunayted" Avropada fərqli nəticələrə imza atır. İngiltərə təmsilçisi Çempionlar Liqasının A qrupunda son turdan əvvəl 1/8 finala vəsiqəni təmin edib. "Şaxtyor", "Bayer" və "Real Sosyedad"ı geridə qoyub 11 xalla birinci pillədə qərarlaşan komnada 5 matçdan 3-də qələbə qazanıb, 2-də heç-heçə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər