AFFA və "Bakcell" şirkətinin birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbində məşqçi dəyişikliyi baş verib.
Fanat.az xəbər verir ki, aprelin 1-dən etibarən Samir Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mik Bennettin köməkçisi vəzifəsində çalışmağa başlayacaq.
Qeyd edək ki, daha öncə bu vəzifədə hazırdan Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayev çalışırdı.
Fanat.az