İngiltərə mətbuatı bir müddətdi Kriştiano Ronaldonun "Mançester Yunayted"ə dönəcəyini yazır. Fanat.az xəbər verir ki, futbolçunun meneceri Xorxe Mendes xəbərlərə münasibət bildirib.
FIFA agentinin fikrincə, Ronaldo 40 yaşınadək "Real"da çıxış edəcək: "Kriştiano 40 yaşınadək "Real"da oynayacaq. O, Madriddə çox xoşbəxtdi, başqa bir kluba transfer olunması mümkün görünmür. "Real"da bütün rekordları qırıb və komandada qalacaq. Ronaldo indiyədək Madrid klubundan ayrılmaq haqda düşünməyib və bundan sonra da düşünməyəcək".
Mendes "Mançester Yunyted"in Ronaldonun ürəyində olduğunu bildirib: "Mançester Yunyted" hər zaman onun ürəyində yer alır. Çünki bu komandada 6 il keçirib. Amma indi yalnız "Real"ı düşünür. İnsanlar onu transfer etməyin imkansız olduğunu bilməlidi".
Menecer Ronaldonu dünyanın ən yaxşısı adlandırıb: "Bizim izləyə biləcəyimiz futbolçular arasında ən yaxşısı Ronaldodu. Onun kimisini bir daha əsla görməyəcəksiniz. Gün keçdikcə daha yaxşı oynayır. 40 yaşına qədər oynaya bilər. Ronaldonu heç kiminlə müqayisə etmək olmaz. İddia edirəm ki, qarşıdakı 500 ildə ondan yaxşısı olmayacaq".
Fanat.az