"Mançester Yunayted"in sabiq futbolçusu Robin van Persi bu həftə "qırmızı şeytanlar"ın məşqində görünüb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.
Xəbərə görə, niderlandlı hazırda UEFA-nın məşqçilik kursunda olduğu üçün Mançesterə qayıdıb. Ona Erik ten Haqın keçdiyi məşq prosesini izləməyə icazə verilib.
Qeyd edək ki, sözügedəni oyunçu 2012-2015-ci illər aralığında "Mançester Yunayted"in şərəfini qoruyub.
Nahid Məmmədov