"Mançester Yunayted"in sabihi Malkom Qlazer vəfat edib. Fanat.az xəbər verir ki, amerikalı milyonçu 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qlazer 2005-ci ildə "Mançester Yunayted"i satın alıb. Komanda bu müddətdə 5 dəfə Premyer Liqa çempionu olub (2007, 2008, 2009, 2011, 2013) və 2008-ci ildə Çempionlar Liqasını qazanıb.
Eyni zamanda Amerikan futbolu klubu "Tampa Bay Buccaneers"in də sahibi olan Qlazerin 6 övladı və 14 nəvəsi var.
Fanat.az