"Mançester Yunayted"in müdafiəçisi olsaydım..." - Mourinyo

"Mançester Yunayted"in müdafiəçisi olsaydım..." - Mourinyo

Avropa Liqasının 1/4 final qarşılaşmalarında baş tutan "Anderlext" - "Mançester Yunayted" oyunu 1:1 hesabı ilə yekunlaşıb. Fanat.Az xəbər verir ki, "Qırmızı şeytanlar"ın  baş məşqçisi Joze Mourinyo oyunsonrası şərhində komandanın hücumundan narazı qaldığını bildirib: 

"Biz hücumda dişsız idik, topu tez-tez və çox asan itirirdik. Bizim əks-hücumların qırılması futbolçularımın səhv qərarlarının və topla zəif davranışın nəticəsi idi. Bu səbəbdən də rəqib də bizi əks-hücumda yaxalaya bilirdi".

Buna baxmayaraq, Mourinyo müdafiəçilərdən razı qalıb: "Xoşbəxtlikdən bizim müdafiəçilər dəqiq oynamaqla sadaladığım problemləri aradan qaldırdı.  "Mançester Yunayted"in müdafiəçisi olsaydım, öz hücumçularımıza əsəbləşərdim". 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər