"Mançester Yunayted" Çempionlar Liqasından kənarda qalmaq təhlükəsi ilə üzləşib. Fanat.az xəbər verir ki, Premyer Liqanın turnir cədvəlində 7-ci pilləni tutan komanda ilk dördlüyə düşə bilmsə, 1995-ci ildən sonra ilk dəfə qitənin bir nömrəli klub turnirindən kənarda qalacaq.
Rəhbərlik isə artıq indidək yay transfer dövrünə hazırlaşır. Dünyanın ən çox qazanan klublarından biri olan "Mançester Yunayted"in idarəçiləri Çempionlar Liqasına getməyəcəkləri halda gəlirlərin azalacığını anlayırlar. Daim bütün kuboklar uğrunda mübarizə apardıqları üçün dünyanın ən çox qazanan klublarından biri olduqlarını deyən vitse-prezident Ed Vudvard yayda transfer bazarında çox fəal olacaqlarını bildirib. Hər il ən azı 3 futbolçu ilə yollarını ayrıb, 3 transfer etdiklərini qeyd edən klub rəsmisi "Uğurlarımızı qorumaq üçün son illərin ən böyük transfer əməliyyatına başlamaqdan qorxmuruq. Yenidən çempionluq uğrunda yarışacaq heyət qurmaq üçün lazım olan qədər pul xərclənəcək" deyib.
Fanat.az