"Mançester Yunayted" Antoine Qrizmann üçün "Atletiko"ya təklif göndərib. Fanat.Az xəbər verir ki, bu iddia ilə İngiltərənin nüfuzlu "The Sun" qəzeti çıxış edib.
Qəzet iddia edir ki, bu yay Paul Poqbanı 105 milyon avroya transfer edən "Mançester Yunayted" növbəti böyük məbləğli təklifi irəli sürüb. Belə ki, "qırmızı-şeytanlar"ın fransız futbolçu üçün "Atletiko"ya Qrizmannın müqaviləsindəki 100 milyon avronu təklif edir. Futbolçunun özünə isə illik 12 milyon avro maaş vəd olunub.
Fanat.Az