"Mançester Yunayted"dən daha bir bomba - 80 milyon

"Mançester Yunayted"dən daha bir bomba - 80 milyon

"Mançester Yunayted" yayda daha bir transfer bombası partlatmaq niyyətindədi. Fanat.Az xəbər verir ki, İngiltərə klubu "Monako"dan Bernardo Silvanı hədəfə alıb.

Portuqaliyalı baş məşqçi Joze Mourinyonun 22 yaşlı həmyerlisini israrla istədiyi deyilir. Məlumata görə, "Mançester Yunayted" bu futbolçuya qarşılıq "Monako"ya 80 milyon avro təklif edəcək. Silvanın "Real"ın da maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, "Monako" Bernardo Silvanı 2015-ci ildə "Benfika"dan 15.75 milyon avroya alıb. 22 yaşlı yarımmüdafiəçi Fransa klubunda 119 rəsmi oyuna çıxıb və 24 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər