"Arsenal"la birgə "Mançester Yunayted" də yeni transferini həyata keçirib. Fanat.az xəbər verir ki, "qırmızı şeytanlar" Marouan Fellaini ilə müqavilə imzalayıb.
"Everton"da forma geymiş futbolçu bundan sonra Mançester təmsilçisinin uğurları üçün çalışacaq. "Mançester Yunayted" Belçikalı gənc ulduz üçün 32.5 milyon avro ödəyib.
Qeyd edək ki, 2008-ci ildə "Everton"a gələn futbolçu komandada 163 oyuna çıxıb və rəqib qapısından 32 top keçirib. Belçika yığmasında isə 2007-ci ildən forma geyinir və 42 oyuna çıxıb.
Fanat.az