"Mançester Yunayted"in 4 futbolçusu İngiltərə mətbuatının manşetinə düşüb. Fanat.az xəbər verir ki, buna səbəb onların eyni qadınla mesajlaşması olub.
Bu barədə "Sunday Sun" qəzetinə açıqlama verən Klayre Makmullan adlı qadın bildirib ki, Adnan Canuzay, Şinji Kaqava, Sam Yohnstone və adını açıqlamadığı digər futbolçu onunla yazışırmış. Futbolçularla yaşadıqlarını qəzetə danışan Klayre internetdə yazışdıqlarını deyib. O, hətta futbolçuların ona yazdığı erotik yönümlü mesajları da qəzetə təqdim edib.
Fanat.az