"Mançester Yunayted" uduzdu, azarkeşi özünü öldürdü

"Mançester Yunayted" uduzdu, azarkeşi özünü öldürdü
"Mançester Yunayted"in məğlubiyyəti bir nəfərin ölümünü səbəb olub. Fanat.az xəbər verir ki, "qırımızı şeytanlar"ın çılğın fanatı intihar edib.
Premyer Liqada işləri qaydasında getməyən Mançester təmsilçisi XV turda evində "Nyukasl"a yenilib (0:1). Kenyada yaşayan "Mançester Yunayted" azarkeşi 23 yaşlı Con Cimmi Maçaria "bu komandanı izləyə bilmirəm" deyərək özünü 7-ci mərtəbədən ataraq intihar edib.
Məsələ ilə bağlı açıqlama verən polis rəisi Benson Kibue "şahidlər intihar etdiyini deyir. Amma polis araşdırmalar aparır. Bu İngiltərə futboluna görə itirdiyimiz ilk insan deyil. Azarkeşlər futbolun sadəcə bir oyun olduğunu anlamalıdı"deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər