"Mançester Yunayted" "Tottenhem"in ulduzu Harri Kinə elçi düşüb. Fanat.Az xəbər verir ki, bu iddia ilə "Daily Star" çıxış edib.
Məlumatda bildirilir ki, Joze Mourinyonun yay transfer dövrü üçün hazırladığı siyahıda yer alan hücumçu namizədlərin sırasına Harri Kin başçılıq edir. İddiaya görə, "Mançester Yunayted" onun üçün 90 milyon avrodan keçməyə hazırdı.
Qeyd edək ki, Harri Kinə "Transfermarkt" 50 milyon avro qiymət qoyub.
Fanat.Az