"Mançester Yunayted" "Adidas"dan ildə 75 milyon alacaq

"Mançester Yunayted" "Adidas"dan ildə 75 milyon alacaq
"Mançester Yunayted" "Adidas"la müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, müqavilənin dəyəri 750 milyon funt-sterlinqdi.
Anlaşmanın müddəti 10 il üçün nəzərdə tutulub. Bu isə o deməkdi ki, "Adidas" "Mançester Yunayted"ə forma sponsorluğu qarşılığında ildə 75 milyon avro ödəyəcək. 
Qeyd edək ki, "Mançester Yunayted"in bundan əvvəlki forma sponsoru "Nike" idi. 2002-ci ildən "qırmızı şeytanlar"la əməkdaşlıq edən Amerika şirkəti klubun yeni şərtlərini qəbul etmədiyi üçün ötən həftə yeni müqavilə imzalamaqdan imtina etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər