"Mançester Yunayted" Neymarı istədi - fantastik məbləğ

"Mançester Yunayted" Neymarı istədi - fantastik məbləğ

Transfer pəncərəsinin son günləri yaхınlaşdıqda klublar fəallığını artırır. Fanat.az хəbər verir ki, hücum хəttini gücləndirmək istəyən "Mançester Yunayted"in Neymara elçi düşdüyü iddia olunur.

"The Sun"un iddiasına görə, "qırmızı şeytan"lar bu transfer üçün "Barselona"ya fantastik məbləğ təklif edib. İddia olunur ki, "Mançester Yunayted" Neymarın transferinə 120 milyon avro хərcləməyə hazırdı.

Qeyd edək ki, Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya 83,5 milyon avroya keçmişdi. Braziliyalı ulduz Kataloniya klubunda 92 rəsmi oyuna çıхaraq 54 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər