Son İngiltərə çempionu "Mançester Yunayted" uğursuz çıxışını davam etdirir. Fanat.az xəbər verir ki, "qırmızı şeytanlar" dünən doğma meydanda "Nyukasl"a uduzub.
Mançester təmsilçisi ötən turda evdə "Everton"a yenilmişdi. Bununla David Moyesin başçılıq etdiyi komanda 11 ildən sonra ilk dəfə ardıcıl iki ev oyununda məğlubiyyət acısı yaşayıb.
"Everton"a 21 il sonra öz evində yenilən "Mançester Yunayted"in daha bir seriyası başa çatıb. Belə ki, "qırmızı şeytanlar" "Old Trafford"da 41 il sonra "Nyukasl"a boyun əyib.
Fanat.az