"Mançester Yunayted" David Moyesi istefaya göndərib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mövsümün əvvəlində Ser Aleks Ferqyusonun yerinə gələn mütəxəssisin müqaviləsi vaxtından əvvəl pozulub. "Mançester Yunayted" Moyesə təşəkkür edib.
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın 34 turunda 57 xal toplayıb və 7-ci yerdə qərarlaşıb.
Fanat.az