İngiltərədə uğursuz mövsüm keçirən "Mançester Yunayted" heyətini gücləndirməyə çalışır. Fanat.az xəbər verir ki, "qırmızı şeytanlar" heyətə iki ulduz futbolçu qatmaq istəyir.
Bunlardan biri Xuan Matadı. "Çelsi"də heyətə düşməkdə çətinlik çəkən futbolçu dünya çempionatı öncəsi İspaniya millisindəki yerini itirmək istəmir. Bu səbəbdən o, daha çox oynaya biləcəyi "Mançester Yunayted"ə getməkdə maraqlıdı. Mançester təmsilçisi bu transfer üçün 37 milyon funt-sterlinq xərcləməyə hazırdı.
Digər namizədin adını isə Fransanın "L`Equipe" qəzeti açıqlayıb. İddiaya görə, "Mançester Yunayted" hücum xəttini PSJ-nin ulduzu Edinson Kavani vasitəsi ilə gücləndirmək istəyir. Baş məşqçiyə transfer üçün 180 milyon avroya ayıran klub rəhbərliyi David Moyesin istədiyi uruqvaylı forvard üçün PSJ-yə böyük məbləğdə transfer haqqı təklif edəcək.
Fanat.az