İngiltərə Federasiya Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, finalda "Mançester Yunayted"lə "Kristal Palas" qarşılaşıb.
"Uembli" stadionunda baş tutan oyunda hesabı 78-ci dəqiqədə "Kristal Palas"dan Cason Punxeon açıb. 3 dəqiqə sonra Xuan Mata bərabərliyi təmin edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatdığından qalib əlavə vaxtda müəyyənləşib. 105-ci dəqiqədə "Mançester Yunayted"dən Kris Smallinq qırmızı vərqə alıb. 5 dəqiqə sonra isə Jesse Linqard "qırmızı şeytanlar"ın qələbə qolunu vurub.
Bununla da "Mançester Yunayted" 12 illik fasilədən sonra 12-ci Federasiya Kubokunu qazanıb. "Qrırmızı şeytanlar" sonuncu dəfə 2003/04 mövsümündə bu turnirin qalibi olmuşdu.
Fanat.az