Bu gün qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçiriləcək. Fanat.Az xəbər verir ki, həlledici görüşdə “Ayaks” və “Mançester Yunayted” üz-üzə gələcək.
Hər iki komanda kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq arzusundadı. Bu görüş “Ayaks” və “Mançester Yunayted” arasında 5-ci duel olacaq. Hər komandanın iki qələbə qazandığı 4 matçda “Mançester Yunayted” iki dəfə mərhələ adlayıb.
Qarşılaşma öncəsi hər iki komandanın heyətlə bağlı problemləri var. Hollandiyalıların çalışdırıcısı Peter Bos iki futbolçunun xidmətindən məhrumdu. O, zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqeverə güvənə bilməyəcək. Mançesterlilərin “sükanı arxası”nda olan Joze Mourinyonun da problemləri başından aşır. Roxo, Şou, Yanq, və İbrahimoviçin zədəli olması İngiltərə klubunun işini çətinləşdirir. Bayi isə qırmızı vərəqə aldığından, cəzalı durumdadı.
Avropa Liqası
Final
24 may
22.45 Ayaks (Hollandiya) - Mançester Yunayted (İngiltərə)
Ayaks: 24. Andre Onana, 3. Joel Veltman, 4. Jairo Ridvald, 5. Davinson Sancez, 9. Bertrand Traore, 10. Deyvi Klaasen, 11. Amin Yunes, 20. Lasse Şön, 22. Hakim Ziyeç, 25. Kasper Dolberq, 36. Mattyis De Ligt.
Ehtiyat oyunçular: 33. Diderik Bur, 2. Kenni Tete, 16. Heyko Vesterman, 21. Franki De Yonq, 30. Denni van de Bik, 45. Castin Klayvrt, 77. David Neres.
Baş məşqçi: Peter Boş.
Mançester Yunyated: 20. Serxio Romero, 6. Pol Poqba, 8. Xuan Mata, 12. Kris Smollinq, 17. Deyli Blind, 19. Markus Reşford, 21. Andre Herrera, 22. Henrik Mxitaryan, 25. Antonio Valensiya, 27. Maruan Fellaini, 36. Matteo Darmian.
Ehtiyat oyunçular: 1. David de Xea, 4. Fil Cons, 10. Ueyn Runi, 11. Antoni Martial, 14. Xese Linqard, 16. Mikael Kerrik, 24. Timoti Fosu-Mensah.
Baş məşqçi: Joze Mourinyo.
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Tomaş Klançnik (Sloveniya).
Əlavə hakim köməkçiləri: Matey Yuq, Slavko Vinçiç (Sloveniya).
Dördüncü hakim: Canluka Roççi (İtaliya).
Stokholm. “Frends Park” stadionu.
Fanat.Az