Mourinyo “Mançester Yunayted”də ilk kubokunu qazandı - VİDEO

Mourinyo “Mançester Yunayted”də ilk kubokunu qazandı - VİDEO
İngiltərə Liqa kubokunun qalibi bəlli olub. Fanat.Az Londonun “Uembli” stadionunda keçirilən həlledici oyunda “Mançester Yunayted”lə “Sauthempton” üz-üzə gəlib. Görüş “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Zlatan İbrahimoviçin dubl etdiyi oyunda Xese Linqard bir dəfə fərqlənib. Qarşı tərəfdən isə Qabbiadini iki qolla yadda qalıb. Bununla da, Joze Mourinyo “Mançester Yunayted”in “sükanı arxasında” ilk titulunu qazanıb. Qeyd edək ki, “mankunianlar” tarixi ərzində 5-ci dəfə Liqa kubokuna sahib çıxıb. Liqa kubokuFinal26 fevral Mançester Yunayted - Sautqempton 3:2Qollar: İbrahimoviç, 18; 87. Linqard, 38 - Qabbiadini, 45+1; 48.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər