“Mançester Yunayted”də yalnız və məyus adam FOTO

“Mançester Yunayted”də yalnız və məyus adam FOTO

Premyer Liqanın ilk turunda “Mançester Yunayted” səfərdə “Suansea”nı 4:1 hesabı ilə yendi. David Moyesin başçılıq etdiyi komandanın heyətində Robin van Persi və Danni Velbek hərəyə iki qol vurdu.

Lakin bu matçda nəticədən daha önəmli bir görüntü diqqətləri çəkdi. Bu görüntüdə isə “Mançester Yunayted”in əfsanəsi Ueyn Runi var idi.

Yay fasiləsində komandanı tərk etmək istəsə də, rəhbərliyin razılığını ala bilməyən ulduz futbolçu 61-ci dəqiqədə Rayan Giqqzin yerinə meydana çıxdı və iki məhsuldar ötürmə etdi. Van Persi və Velbekə 3-4-cü qolların ötürməsini verən Runi Velbekin son dəqiqələrdə vurduğu qol zamanı olduqca məyus göründü. Bütün komanda bir tərəfdə qolun sevincini qeyd edərkən Ueyn başqa bir tərəfdə yalnız və məyus halda meydançanı izləyirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər